Bu ilin dörd ayında informasiya və rabitə sektoru üzrə gəlirlər 13 faiz artıb
İqtisadiyyat

Bu ilin dörd ayında informasiya və rabitə sektoru üzrə gəlirlər 13 faiz artıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1040,2 milyon manat olub.

"Respublika" xəbər verir ki, bu barədə məlumatı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev paylaşıb.