“ZƏNGƏZUR-2023” beynəlxalq elmi konfransının keçirilmə tarixi dəqiqləşib
Gündəm

“ZƏNGƏZUR-2023” beynəlxalq elmi konfransının keçirilmə tarixi dəqiqləşib

Sentyabrın 26-da Azərbaycan Universiteti Siyasi elmlər kafedrası və Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Avrasiya Universiteti, Quald-i-Azam Universiteti, Bitlis Eren Universiteti, Burdur Mehmet Akif Ersoy Universiteti, Bilecik Şeyh Edebali Universiteti, Kütahya Dumlupınar Universiteti, və Türk Dünyası Araşdırmaları Vəqfinin birgə təşkilatçılığı ilə “ZƏNGƏZUR-2023” Müasir geosiyasi şəraitdə beynəlxalq münasibətlərin humanitar aspektləri mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.

"Respublika" xəbər verir ki, konfransda iştirak etmək üçün yerli və əcnəbi alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri, doktorantlar və magistrlar dəvət olunurlar.

Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət konfrans materialları toplusu nəşr olunacaqdır.

Beynəlxalq elmi konfrans 26 sentyabr 2023-cü il tarixində saat 10:00-da (Bakı vaxtı ilə) ZOOM platforması vasitəsilə onlayn keçiriləcəkdir. Hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün link göndəriləcəkdir.

Bölmələrin sayı və adı Təşkilat Komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənə bilər.

Konfransda iştirak etmək üçün məqalələr 15 sentyabr 2023-cü il saat 23:59-dan gec olmayaraq elektron qaydada Təşkilat Komitəsinin aşağıdakı poçt ünvanına təqdim etmək lazımdır:

Konfransda iştirak etmək istəyən şəxslər müəyyən edilmiş istiqamətlər üzrə məqalələrini qeyd edilən elektron ünvana göndəriləcək. Göndərilən məqalələr təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra iştirakçının elektron ünvanına məqaləsinin qəbul edilib yaxud edilmədiyi haqda məlumat göndəriləcək. İştirak etmək istəyən şəxs tərəfindən müvafiq ödəniş edildikdən sonra, ona konfransda iştirakı haqda dəvət məktubu göndəriləcək. Konfransın proqramı barədə məlumat bir gün öncədən iştirakçıların elektron ünvanına göndəriləcək.

Konfrans ödənişlidir. Hər bir iştirakçıya təqdim etdiyi bir məqaləyə görə 10 dəqiqə çıxış imkanı veriəcək. Konfransdan sonra toplanmış məqalələr beynəlxalq indeksli kitab halında çap olunacaq və iştirakçılara sertifikatlar təqdim ediləcək.

Dövlət siyasətinin tərkib hissəsi olan “ZƏNGƏZUR-2023” beynəlxalq konfransı haqqında əlavə məlumatları “zangazurcongress.com” saytından öyrənə bilərsiniz.

Tacir SADIQOV,

“RESPUBLİKA”.