Yanvar-oktyabr aylarında sosial müavinətlər üzrə 831, Prezident təqaüdləri üzrə 537 milyon manat ödənilib
Gündəm

Yanvar-oktyabr aylarında sosial müavinətlər üzrə 831, Prezident təqaüdləri üzrə 537 milyon manat ödənilib

Cari ilin on ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 474 min nəfərə sosial müavinət, 376 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə "Respublika" ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 831, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 537 milyon manat ödənilib.

Yanvar-oktyabr aylarında 114 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 544 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.