FHN: Ötən sutka ərzində 67 halda yanğına çıxış olub, 10 nəfər xilas edilib
Gündəm

FHN: Ötən sutka ərzində 67 halda yanğına çıxış olub, 10 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 67 halda yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatlarını həyata keçiriblər.

FHN-in mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.