Saat 12:00-a Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
Gündəm

Saat 12:00-a Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

"Respublika" xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 54.67 % olub.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 23,69% olub.

Qeyd edək ki, prezident seçkilərində saat 12:00-dək olan məlumata əsasən, respublika üzrə 2499033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.