Yaddaşımın silinməz vərəqləri
Digər xəbərlər

Yaddaşımın silinməz vərəqləri

Tarix boyu ermənilər onların havadarları tərəfindən deportasiyaya, soyqırımına məruz qalan Azərbaycan türkləri nəticədə indiki Ermənistan adlanan ərazidəki öz ata-baba yurdlarından didərgin düşüblər. Bu deportasiya soyqırımları 1905, 1918-1920, 1948-1953, sonuncu dəfə isə 1988-1991-ci illərdə həyata keçirilib. Deportasiya zamanı soydaşlarımız soyqırıma, işgəncələrə, qırğınlarla məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə yaşayış məskənləri məhv edilib.

Tarixi faktlar, sənədlər, xəritələr o torpaqların Azərbaycan türklərinə, azərbaycanlılara məxsus olduğunu hər addımda, hər daş, kağız səhifəsində təsdiqləyir. Əsrlərdir Azərbaycan türkləri öz doğma yurdlarına qayıdacaqları günü xəyallarında yaşadır hər doğulan nəsil öz tarixini öyrənir gələcək nəsillərə ötürür. Təkcə elə sonuncu deportasiya zamanı həmin ərazilərdən 300 minə yaxın soydaşımız 300-ə yaxın yaşayış məntəqəsindən qovulub çıxarılıb.

1988-ci ildə  Qərbi Azərbaycandan  qovulan soydaşlarımızdan biri   17 ildir  İstanbulda yaşayan Sevil Abbasovadır. O, Qərbi Azərbaycanın Dərəçiçək mahalında dünyaya gəlib. Uşaqlığının ən gözəl illərini   Qərbi Azərbaycanda yaşayıb: ''Yaddaşımı vərəqləyəndə görürəm ki, cəmi on səkkiz səhifədir. Çünki  mən o yerlərdə on səkkiz  il yaşadım. Bu yaşa qədər demək olar ki, hər gün uşaqlıq illərini xatırlayıram. Ən gözəl arzularımı, ən şirin yuxularımı Dərəçiçək mahalında qoydum. Kəndimizi bir an belə unuda bilmirəm. Orada hər şey çox gözəl idi; təbiət , insanlar da, məktəbimiz , bulaqlarımız da... Hər kəs bir-biri ilə mehriban dolanırdı. Toylarımız, yaslarımızşənliklərimiz bir yerdə olardı. 1988-ci ilə qədər qayğı, həsrət, nifrət, kin olduğunu bilmirdik.

Babamın valideynləri  1915-ci ildə İrəvandan məcburi qovulublar. Onların bəziləri Azərbaycanda, bəziləri İğdırda məskunlaşıblarAtam 12 yaşında Ağrı dağını keçərək yenidən İrəvana qayıdıb. Lakin orada heç bir qohum-əqrəbaya rast gəlməyib. Çünki 1915-ci ildə qohumlarının çoxu qəddar erməni daşnakları tərəfindən qətlə yetirilib, yolda soyuqdan, çovğundan donaraq dünyalarını dəyişiblər. Atamı o kənddə bir ailə himayəyə götürərək  böyüdüb. İllər sonra atam İğdırda qohumlarını tapır məktublaşmağa başlayır. Yadımdadır ki, bir gün qapımız döyüldü heç bir açıqlama vermədən  atamı polislər apardı o iki gün sonra evə qayıtdı. O zaman atam deyirdi ki, ermənilər onun Türkiyədəki qohumları ilə məktublaşdığını öyrəniblər atamdan Türkiyədən Ermənistana bəzi xəbərlərin gətirilməsini tələb ediblər. Atam isə  bu təklifi qəbul etməyib, ona görə bir çox işgəncələrə məruz qalıb.

1988-ci ildə İrəvanda universitetdə oxuyurdum. Erməni daşnakları uydurma Qarabağ məsələsini ortaya ataraq soydaşlarımıza qarşı açıq şəkildə düşmənçilik mövqeyi nümayiş etdirirdilər. İrəvanın küçələrində etiraz nümayişləri keçirilir, Ermənistan televiziyasında azərbaycanlılara qarşı uydurma filmlər yayımlanırdı. Hadisələr get-gedə qızışırdı. Yadımdadırbir gün universitetdə dərsdə idik. Xəbər gəldi ki, bir qrup erməni universitetin qarşısında  azərbaycanlı tələbələrin dərsdən çıxmasını gözləyir. Bizi ölümlə hədələyirdilərDekanımız Knyaz Mirzəyev adlı azərbaycanlı idi. Həmin gün hamımız onun sayəsində sağ-salamat evimizə qayıtdıq. Vəziyyətin ağır olduğunu görən atam gecə ikən bizi əmimin uşaqlarını bir maşına topladı yola çıxdıq. Hamının gözündə dərin bir kədər qorxu var idi. Bax, beləcə kəndimizi böyük qəm, qüssə içərisində tərk etdik. Biz getdikcə sanki  təbiət arxamızca gəlirdi. Hamımız ağlayırdıq. Atam bizi  çox çətinliklə  Gəncə şəhərinə  gətirdi   sonra geriyə döndü. Çünki anam bütün qohumlarımız kənddə qalmışdı. O ərəfədə  atamın xalası qızının evinin gecə saatlarında ermənilər tərəfindən yandırıldığı xəbərini  aldıq. Bu tükürpədən hadisələrdən sonra  valideynlərimiz çox çətinliklə Gəncəyə gəldilər", - deyə Sevil Abbasova bildirib.

Vurğulayıb ki, bu ayrılıqdan 35 il keçib. Qərbi Azərbaycana  dönəcəyimizə, qovuşacağımıza heç bir vaxt inamımı itirməmişəmO gün mütləq gələcək. Bir vaxtlar xəyal etdiyimiz ŞuşamızdanKəlbəcərimizdən indi gələn səsimiz, gün olacaq Qərbi Azərbaycandan eşidiləcəkBizim ümidimizi ermənilər, onun havadarları qıra   bilməzlər. Biz Qərbi azərbaycanlılar dədə-baba yurdlarımıza qayıtmaq üçün Prezident İlham Əliyevin  Qərbi Azərbaycan İcmasının qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsində  var gücümüzlə çalışmalıyıq

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.