Vüqar Bayramov:
Gündəm

Vüqar Bayramov: "Qafqazda sülhə nail olmağın vahid düsturu var"

"Qafqazda sülhə nail olmağın vahid düsturu var: Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan sülh müqaviləsini imzalamaqla regiondakı gərginliyə son qoya bilər".
"Respublika" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz rəsmi sosial media hesabında paylaşım edib.
Deputat bildirib ki, Ermənistan əgər sülh müqaviləsini imzalasa, regionda əmin-amanlığa nail ola bilər: "Amma bir tərəfdən Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə, digər tərəfdən separatçılara “təbrik məktubu” göndərməklə Qafqazda heç vaxt sülh olmayacaq. Oyun bitdi".

Töhfə SƏMƏDOVA,

"Respublika".