Soydaşımız Bratislavada RFA üzrə qaydasız döyüş çempionatının qalibi olub
İdman

Soydaşımız Bratislavada RFA üzrə qaydasız döyüş çempionatının qalibi olub

Bratislava şəhərində keçirilən “Real Fight Arena” (RFA) üzrə qaydasız döyüş çempionatında Qarışıq Döyüş Sənəti (MMA) üzrə peşəkar idmançı Yüksəl İbrahimov böyük uğur qazanıb.

Soydaşımız Bratislavada RFA üzrə qaydasız döyüş çempionatının qalibi olub

13 iyun DGK-nin məlumatında bildirilir ki, həmyerlimiz slovakiyalı rəqibini 36-cı saniyədə boğucu fəndlə məğlub edərək qələbəyə nail olub. O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb.  Yüksəl İbrahimov 22 iyun 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olub. Peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boksinq və kikboksinq üzrə dərs deyir. Eyni zamanda K-1 və MMA üzrə yarışlarda iştirak edir.

“Respublika”.