Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır
İdman

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışını davam etdirir.

"Respublika" xəbər verir ki, yığma qarşıdan gələn Avropa çempionatına tam heyətlə hazırlaşır.

Komanda üzvləri bu gün Azərbaycan Cüdo Federasiyasının təlim-məşq mərkəzində növbəti məşqə çıxıblar.

Qeyd edək ki, hazırlıq prosesi aprelin 19-una kimi davam edəcək.