Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış
Sosial həyat

Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla birgə Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış keçiriblər. Nazirliyin mətbuat xidmətindən bildirilir.

Şəkinin Qoxmuq kənd sakini Lalə Məmmədsalahova 44 günlük Vətən müharibəsində şəhid olmuş Kazım Məmmədsalahovun həyat yoldaşıdır. Müraciətinə uyğun olaraq o, 2021-ci ildə maldarlıq zərfi üzrə aktivlərlə təmin edilərək təsərrüfatını yaradıb. Həmçinin ötən il işlə də təmin edilib. 

Şəkinin Oxud kənd sakini Samirə Salamova isə özünüməşğulluq proqramı çərçivəsində keçən il dərzilik zərfi üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub.

Hər iki proqram iştirakçısı onlara göstərilən bu sosial dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar qurduqları təsərrüfatlarını inkişaf etdirməyə səy göstərdiklərini vurğulayıblar.

Şəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri də nəzərdən keçirilib.

 

“Respublika”.