Körpələrin ikinci evi
Sosial həyat

Körpələrin ikinci evi

Uşaq hüquqlarının müdafiəsi dövrün prioritetlərindəndir. Dünyanın hər yerində uşaqlara qayğı göstərilməsi onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Hər bir dövlət uşaqları qorumağı, onların hüquqlarını müdafiə etməyi özünün əsas vəzifəsi hesab edərək siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edir. Bu məqsədlə 1950-ci il 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi BMT Baş Assambleyası tərəfindən qeyd olunmağa başlanılıb. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün böyük təntənə ilə yüksək səviyyədə qeyd edilir.

Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət vətəndaş kimi formalaşması üçün ailə , dövlət məsuliyyət daşıyır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin məsuliyyətlidir. Buna görə ölkəmizdə uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir.

Bakının Nəsimi rayonundakı "Nurcan" körpələr evi-uşaq bağçası 2014- ildən fəaliyyət göstərir. Geniş əraziyə malik olan bağçada uşaqlar asudə vaxtlarını səmərəli keçirir, gəzinti ekskursiyalar təşkil edilir.

Biz körpələr evi-uşaq bağçasında olarkən ayrı-ayrılıqda 4 qrupa baş çəkdik. Balaca fidanlarla, onların ana kimi sevdikləri tərbiyəçilərlə görüşdük. Hər şey yüksək səviyyədə idi. Hiss olunurdu ki, uşaqlar qayğı diqqətlə əhatə olunublar, kiçik yaşlarından gülüzlü balaların Vətənə məhəbbət ruhunda böyüməsinə maksimum səy göstərilir. Həmçinin valideynlərlə görüşüb söhbət etdik. Onların hər biri bağçada yaradılan şəraiti yüksək qiymətləndirdilər.

Söhbət əsnasında valideyn Xəyalə Aslanlı həyat yoldaşı Rəşad Ələsgərli bildirdilər ki, övladları "Nurcan" körpələr evi-uşaq bağçasında tərbiyə alır. Burada balacalara qayğı diqqət yüksək səviyyədədir. Uşaqların milli ruhda böyüməsi diqqət mərkəzində saxlanılır.

Bağçanın müdiri Fidan Kərimova söhbət əsnasında bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Cəmiyyətin həssas kövrək zümrəsi olan uşaqlara yüksək qayğı göstərilməsini hər zaman diqqət mərkəzində saxlayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar.

Uşaqların sağlam firavan mühitdə böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələlərdən biridir. Məhz buna görə , bağçanın kollektivi işlərini bu səviyyədə qurmağa maksimum səy göstərir. Bu gün bağçada 4 qrup fəaliyyət göstərir burada 60 uşaq tərbiyə alır. Tərbiyəçilər çalışırlar ki, körpələr musiqiyə maraq göstərsinlər, milli rəqslərimizi peşəkarlıqla ifa etsinlər, bayram şənliklərində istedadlarını nümayiş etdirsinlər. Uşaqlara mütəmadi olaraq nağıllar danışılır, onların ifasında kiçik səhnəciklər hazırlanır.

Vurğulamaq lazımdır ki, bağçada ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı yaddaqalan tədbir keçirilmişdir.

Fidan Kərimova söhbət zamanı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən körpələr evinə xüsusi diqqət göstərildiyini vurğuladı.

Körpələrə nəvaziş göstərilməsində, onların dünyagörüşünün formalaşmasında tərbiyəçilərdən Gülnarə Cəfərova, Mehriban Əhmədova, Ülviyyə Əliyeva, Samirə Şirinova başqalarının yaxşı işi qeyd olundu.

Bağça körpələrin ikinci evidir desək, heç yanılmarıq. Onlar burada uşaqlıq illərini şən mənalı keçirir, müstəqil Azərbaycanın layiqli övladları kimi formalaşırlar. Gəlin onları sevək, sevindirək!

Qədir ASLAN,

"Respublika".