Mülkü müdafiəyə hazırlıq vacib şərtlərdəndir
Gündəm

Mülkü müdafiəyə hazırlıq vacib şərtlərdəndir

Şirvan şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti" mövzusunda tədbir keçirilib.

"Respublika" xəbər verir ki, məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanıldı, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənildi.

Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, FHN-in Muğan Regional Mərkəzinin rəisi Vüqar Ağayev, şəhərin hüquq mühafizə orqanlarının və aidiyyəti müəssisə və təşkilatların rəhbərləri tərəfindən məşqə baxış keçirildi. Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olundu, aidiyyəti üzrə tapşırıqlar verildi.

Tofiq Hüseyn,

“Respublika”