Milli Məclisin sədri qazaxıstanlı həmkarlarına başsağlığı verib
Gündəm

Milli Məclisin sədri qazaxıstanlı həmkarlarına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar bu ölkə Parlamenti Senatının sədri Maulen Aşimbayevə və Parlament Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri şəxsən öz adından və deputatlar adından hər iki spikerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verərək yaralılara şəfa diləyib.