İşğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşlara peşəyönlü təlim proqramları planlaşdırılır
Gündəm

İşğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşlara peşəyönlü təlim proqramları planlaşdırılır

Peşə təhsilinə qəbul son beş ildə 16 mindən 20 minə artıb. Eyni zamanda, peşə təhsilində dövlət sifarişli yerlərin sayı 30 faiz artıb.

“Respublika” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşlara peşəyönlü təlimlər üçün təlim proqramları planlaşdırılır. Eyni zamanda, bir sıra peşə məktəblərində təmir-tikinti işləri davam edir.