Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar
Gündəm

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıda Qoşulmama Hərəkatı (QH) Gənclər Təşkilatının mənzil-qərargahı ilə tanış olub.

"Respublika" xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Gənclər Təşkilatının Baş katibi Nigar Bağırlı nümayəndə heyətinin üzvlərini qurumun fəaliyyəti və gördüyü işlər barədə məlumatlandırıb. Bildirilib ki, Gənclər Təşkilatı müxtəlif tədbirlər və layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə təmsil olunur.

Diqqətə çatdırılıb ki, mənzil-qərargahda ingilis və fransız dillərində kurslar keçirilir. Sonrakı mərhələdə ərəb dili üzrə də kurslar təşkil olunacaq.

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı ilə bağlı fotosərgi ilə də tanış olublar.