Ermənistan təxribatlarına, Azərbaycan isə sülh çağırışlarına davam edir
Siyasət

Ermənistan təxribatlarına, Azərbaycan isə sülh çağırışlarına davam edir

27 sentyabr 2020-ci il tarixində başlayan 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz zəfərdən dərhal sonra Qarabağda genişmiqyaslı bərpa quruculuq işlərinə start verildi. Bu gün Qarabağda Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə proqramlara Prezident İlham Əliyev şəxsən özü nəzarət edir. Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini xarabalığa çevirməklə yanaşı, İkinci Qarabağ müharibəsi dövründə cəbhə bölgəsində dinc əhalinin yaşadığı ərazilərdə irimiqyaslı dağıntılar törədib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bidirmişdir ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir bu, xalqımızın böyük sərvətidir. Lakin Azərbaycanın sülh cəhdlərinə baxmayaraq, erməni tərəfi təxribatlarından qalmır. Yaxın günlərdə Ermənistanın Basarkeçər rayonunun Zod istiqamətində növbəti təxribata zəmin hazırlamağa cəhd göstərməsi gərginlik yaratması da buna sübutdur. Bölgədə 1988-ci ilə qədər ondan sonra da orada yaşamış yerli erməni icması ilə danışıqlar aparmaq məqsədilə bu il martın 1- görüş keçirildi. Görüşdə Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak etdi.

Növbəti görüşün 13 mart tarixində Bakı, Gəncə ya Ağdamda baş tutması ehtimal olunurdu. Lakin Bakıda keçirilməsi qərarlaşdırılan görüşdən erməni tərəfi imtina etdi. Qarabağın erməni ictimaiyyətinin  reinteqrasiyası, həmçinin infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsində Bakı şəhərində növbəti görüşün keçirilməsi təklif olundu. Lakin separatçılar iddialarından əl çəkmir bu görüşlərin keçirilməsinə, reinteqrasiyaya mane olurlar. Buna səbəb isə odur ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirə olunması Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası ermənilərin bunu qəbul etməsi mənasına gəlir.

Ermənistan terror əməllərindən əl çəkmir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən mayın 10-u axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla təxribat törətmişdi. Bu təxribatlar mayın 12-dən davam etmişdi. Bütün bunlar onu göstərir ki, erməni tərəfi sülh danışıqlarında maraqlı deyil.

 Ötən il oktyabrın 5- Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik. Bu onu göstərir ki, Azərbaycan tərəfi 30 illik işğal dövründə , bu gün hər zaman sülh tərəfdarı olub Ermənistanın durmadan törətdiyi təxribat terrorlara baxmayaraq, yenə sülh çağırışlarına davam edir.

Nəzrin CAVADZADƏ,

"Respublika".