Energetika Nazirliyində Dünya Bankının səlahiyyətli nümayəndəsi ilə görüş
İqtisadiyyat

Energetika Nazirliyində Dünya Bankının səlahiyyətli nümayəndəsi ilə görüş

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycandakı ofisinin yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı Dünya Bankının texniki və maliyyə dəstəyi ilə ölkəmizdə layihələrin həyata keçirilməsi yüksək qiymətləndirilib, Bank ilə əməkdaşlıq məsələləri, Azərbaycanın enerji sektorunun prioritet inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Enerji keçidi, enerji səmərəliliyi, bərpaolunan enerji və Xəzər dənizindən Avropaya ötürülən enerji layihələri istiqamətində görülən işlər, o cümlədən Xəzər dənizində külək enerjisinin potensialının qiymətləndirilməsi barədə məlumat verilib. Görüşdə, həmçinin 2023-2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanmasına da toxunulub.