Ali məktəblərə qəbul imtahanının II mərhələsinin proqramları açıqlanıb
İqtisadiyyat

Ali məktəblərə qəbul imtahanının II mərhələsinin proqramları açıqlanıb

Gələn il Azərbaycanda EUROSAI WGEA-nın növbəti illik toplantısı keçiriləcək

Praqa şəhərində EUROSAI WGEA-nın (Ali Audit Qurumlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu) illik toplantısı keçirilib.

Hesablama Palatasından “Respublika”ya bildirilib ki, EUROSAI-ın prezidenti Çexiya Ali Audit Ofisinin ev sahibliyi ilə baş tutan toplantıda Azərbaycan Respublikası Hesablama Palatasını dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov, həmin şöbənin böyük məsləhətçisi Nazim Nağdəliyev və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi Nərminə İsayeva təmsil ediblər.

İclasda Çexiya ali audit qurumunun (AAQ) prezidenti Miroslav Kala və EUROSAI WGEA-nın sədri, Polşa AAQ-nın prezidenti Marian Banas açılış nitqi ilə çıxış ediblər.

Sonra toplantıda iqlimdə və ətraf mühitdə baş vermiş dəyişikliklər və onların təsirləri, eyni zamanda dayanıqlı enerji, bərpaolunan enerji, enerji effektivliyi, havaya istixana qazlarının buraxılmasının azaldılması sahəsində görülən işlər barədə təqdimatlar edilib, həmçinin mövzulara uyğun olaraq seminarlar şəklində müzakirələr aparılıb.

Qeyd edək ki, EUROSAl WGEA-nin illik toplantısında üzv AAQ-lardan 70-dən çox nümayəndə iştirak edib.

Toplantının növbəti il Azərbaycanda keçirilməsi nəzərdə tutulur.