Əlibaba və qırx quldur” tamaşası Şuşa teatrının səhnəsində
Mədəniyyət

Əlibaba və qırx quldur” tamaşası Şuşa teatrının səhnəsində

Sentyabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.

Teatrdan “Respublika”ya verilən məlumata görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları canlandıracaq.