Cəmiyyətin aparıcı qüvvəsi
Digər xəbərlər

Cəmiyyətin aparıcı qüvvəsi

Ümummilli lider Heydər Əliyev dünənin, bu günün və sabahın siyasi təşkilatı sayılan Yeni Azərbaycan Partiyasının qurucusu kimi də xalqımızın tarixində mühüm rol oynayıb.

Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə dahi şəxsiyyət və müdrik siyasətçi Heydər Əliyevin zəkası və nüfuzu ilə qurulan və təşkilatlanan bu partiyanın müstəsna xidmətləri olub.

YAP o partiyadır ki, öz proqramı ilə Azərbaycan xalqını və dövlətini qurtuluşdan tərəqqiyə, tərəqqidən Böyük Zəfərə çatdırmağı bacarıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra ölkə və beynəlxalq aləmdə yaranan yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub.

Yeni Azərbaycan Partiyasının siyasi gücünün təməlində onun vahid ideya və fikir ətrafında sıx birləşən, fəaliyyətini dövlətçilik və Heydər Əliyev ideyaları əsasında qurmağı bacaran yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları əhəmiyyətli dərəcədə inkişaf edərək ictimai-siyasi proseslərdə fəal iştirak etməkdədir. YAP Şamaxı rayon təşkilatı da bunların sırasındadır.

Hazırda Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında ümumilikdə 7724 nəfər qeydiyyatdadır ki, bunlardan da 4113 nəfərini gənclər təşkil edir. Bir faktı da deyim ki, təkcə cari ilin birinci yarımili ərzində partiya sıralarına qoşulmaq üçün 383 nəfər müraciət edib ki, onların da 287-ni və ya 75 faizini məhz gənclər təşkil edir.

Uğurla həyata keçirilən dövlət qadın siyasəti, gender bərabərliyi və yaradılan hərtərəfli şərait imkan verir ki, qadınlar bu gün öz taleyini sağlam əqidə ideologiyasına əsaslanan Yeni Azərbaycan Partiyasına bağlamaqla rayonun ictimai-siyasi həyatında yaxından iştirak etsin, habelə təmsilçilik fəaliyyətini daha da genişləndirsin. Təqdirəlayiq haldır ki, YAP-ın Şamaxı rayon təşkilatının qadın üzvləri rayonun ictimai həyatında fəal iştirak edirlər.

YAP Şamaxı rayon təşkilatı bu gün də ideoloji iş təcrübəsini təkmilləşdirir. Ötən illər ərzində işini daha çevik və müasir tələblərə uyğun quran təşkilatımız demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. YAP Şamaxı rayon təşkilatı öz vəzifə yükünün məsuliyyətini kifayət qədər dərk edir və fəaliyyətində Yeni Azərbaycan Partiyasının Nizamnaməsini, yerli təşkilatları haqqında əsasnamənin tələbləri və Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarını əsas tutur, yenilikçi ideya və təşəbbüslərə həssaslıqla yanaşır.

Bu gün ölkəmizin digər regionları ilə yanaşı, Şamaxı rayonunun da inkişaf və tərəqqisində YAP rayon təşkilatının böyük əməyi var. Bu, rayonumuzda əhalinin sosial-rifahının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərdə, yeni iş yerlərinin açılması, əhali rifahının yaxşılaşması, cəmiyyətin həssas təbəqəsinə göstərilən diqqət və qayğının ildən-ilə artırılması, habelə geniş quruculuq işlərinin həyata keçirilməsində öz bariz əksini tapır.

Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatı ictimai-siyasi sahələri əhatə edən müxtəlif tədbirləri uğurla davam etdirir. Bu sahədə xüsusi olaraq diqqətdə saxlanılan prioritet mövzulardan biri şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə mütəmadi olaraq görüşlərin reallaşdırılması, o cümlədən onların sosial problemlərinin həlli istiqamətində konkret addımlar atılmasına köməklik göstərilməsidir.

Partiyanın təməl prinsipləri, yüksək xalq etimadı, o cümlədən sağlam ideologiyadır. Bu da partiyanın bütün yerli strukturlarının, o cümlədən YAP-ın Şamaxı rayon təşkilatının məqsəd və vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəyinə əminlik yaradır.

Könül MƏMMƏDOVA,

YAP Şamaxı Rayon Təşkilatının üzvü.