Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Digər xəbərlər

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Aprelin 30-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqrama yaxın artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Respublika”ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqramdan artıq heroin, 5,8 kiloqramdan çox marixuana, 2,5 kiloqrama yaxın tiryək, həmçinin 86 ədəd metadon və ekstazi həbləri olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.