Sahibkarlar maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər
Digər xəbərlər

Sahibkarlar maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin kommersiya tərəfdaşı ilə ilk inteqrasiyasını yekunlaşdırıb.

21 iyun RİNN-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, SİMA sahibkar həlli vasitəsilə bank sektoru üzrə xidmət və məhsullarının əlçatanlığını artıran ilk maliyyə təşkilatı “Yelo Bank” olub. Rəqəmsal imzanın bankın “Yelo” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Artıq fərdi sahibkarlar bankın filialına getmədən SİMA ilə “Yelo” tətbiqində qeydiyyatdan keçərək özlərinin şəxsiyyətini təsdiqlədə biləcəklər. Bununla da müştərilər istənilən vaxtda və istənilən yerdən “Yelo” tətbiqində qeydiyyatdan keçərək bankın fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət və məhsullarına giriş əldə edəcəklər. 

Hazırda “Yelo Bank” ilə SİMA arasında digər xidmətlər üzrə də inteqrasiya işləri sürətlə davam edir. Tezliklə fərdi sahibkarlar SİMA ilə “Yelo” tətbiqi üzərindən bankda onlayn hesab açılması prosesini də anında həyata keçirə biləcəklər. Sahibkarların xidmət mərkəzlərinə getməsinə, növbələrdə gözləməsinə, fiziki olaraq kağız sənədləri imzalamasına ehtiyac qalmayacaq. 

“Respublika”.