“Belta.by”: “Deputatlar Azərbaycanda əldə olunmuş razılaşmaların həyata keçirilməsinə qoşulmağa hazırdırlar”
Siyasət

“Belta.by”: “Deputatlar Azərbaycanda əldə olunmuş razılaşmaların həyata keçirilməsinə qoşulmağa hazırdırlar”

“Belta.by” yazır ki, deputatlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə qoşulmağa hazırdırlar. Bu barədə Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ONT telekanalına müsahibəsində bildirib: “Qarşıya qoyulan vəzifələr ciddi, böyükdür, deputatlar Belarus və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinə qoşulmağa hazırdırlar”. İqor Sergeyenko, həmçinin deyib ki, deputatlar həm də regionlarda müəssisələrlə iş apararaq, ticarət-iqtisadi əlaqələrin inkişafı üçün yeni istiqamətlər müəyyən edəcəklər. Xatırladaq ki, mayın 15-də axşam prezident Azərbaycana dövlət səfərinə gedib, bir gün əvvəl isə Belarusun nümayəndə heyəti Bakıda olub. İki lider arasında danışıqlar başlamazdan əvvəl nazirlər, dövlət qurumlarının rəhbərləri və müəssisə direktorları öz sahələrində qeydləri müqayisə etmək və gələcək üçün əsasları müəyyənləşdirmək üçün azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.