Milli Məclisin plenar iclasında 33 məsələ müzakirə edilib
Siyasət

Milli Məclisin plenar iclasında 33 məsələ müzakirə edilib

İyunun 23- Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının daha bir iclası keçirilib.

Bu barədə verilən məlumata görə, əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova deputatlara iyunun 19-dan 21-dək onun rəhbərliyi ilə nümayəndə heyətinin Avstriya Respublikasına rəsmi səfəri haqqında qısa məlumat verib.

Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 33 məsələ müzakirəyə çıxarılıb. O qeyd edib ki, gündəliyin ilk 2 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. Milli Məclisin sədri birinci məsələ olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (üçüncü oxunuş) Əmək sosial siyasət komitəsində baxıldığını deyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Gündəliyin ikinci məsələsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatı Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 3- məsələsindən başlayaraq növbəti 27 qanun layihəsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. O diqqətə çatdırıb ki, bu qanun layihələri bank işi sahəsində tənzimləmənin nəzarətin təkmilləşdirilməsi, maliyyə bazarlarının sabitliyinin təmin olunması bu sahədə xidmətlərdən istifadə edənlərin hüquqlarının qorunması ilə bağlıdır. Parlamentin sədri ikinci oxunuşda müzakirəyə təqdim olunan qanun layihələrinə parlamentin üç komitəsində baxıldığını söyləyib əvvəlcə komitələrin təqdimatlarını dinləməyi, sonra müzakirələrin birgə aparılmasını təklif edib.

Komitə sədri Tahir Mirkişili bildirib ki, təqdim olunan qanun layihələri Azərbaycan Prezidentinin "Maliyyə xidmətləri bazarında tənzimləmə nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" 2019-cu il 28 noyabr tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.

Sonra Sahibə Qafarova bildirib ki, 6 məsələyə - 5-ci, 7-ci, 21-ci, 26-, 28-ci 29-cu məsələlərə parlamentin Hüquq siyasəti dövlət quruculuğu komitəsində baxılıb. O, layihələrə dair məlumat vermək üçün sözü Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənova təqdim edib.

Milli Bankın sədri Taleh Kazımovun deputatların qanun layihələri ilə bağlı qaldırdıqları məsələlərə, səsləndirdikləri suallara ətraflı izahatı dinlənildikdən sonra 27 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 4 məsələsinin birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, ümumilikdə qanun layihəsində 7 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulub, 4 yeni maddənin əlavə olunması 11 maddə üzrə 86 dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliklərin qəbul edilməsi dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılmasına, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin artmasına, ölkədə yarana biləcək dərman qıtlığının aradan qaldırılmasına, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsinə səbəb olacaqdır.

Qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, qanun layihəsi "Siyasi partiyalar haqqında" 2022-ci il 16 dekabr tarixli Qanunun icrası ilə bağlı hazırlanıb. Sənəddə həmin qanunda müəyyən edilmiş hüquq normalarının pozulmasına görə inzibati məsuliyyətin təkmilləşdirilməsi nəzərdə tutulub. Məsələ barədə fikirlər səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov "Konstitusiya Məhkəməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Mustafa KAMAL,

Respublika”.