Azərbaycanın ötən ay gündəlik xam neft hasilatı 490 min barelə yaxın olub
İqtisadiyyat

Azərbaycanın ötən ay gündəlik xam neft hasilatı 490 min barelə yaxın olub

2023-cü ilin oktyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 603 min barel olub.

“Respublika” Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bunun 489 min barelini xam neft, 114 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində cari ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.