Kiçik sahibkarların məhsul və xidmətlərinin satışına dəstək
İqtisadiyyat

Kiçik sahibkarların məhsul və xidmətlərinin satışına dəstək

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Milli Yaylaq Festivalı çərçivəsində keçiriləcək “KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lardan müraciətlərin qəbuluna başlanılıb.

Mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin satışına dəstək məqsədilə 2024-cü il ərzində regionlarda sərgi-satış yarmarkaları – “KOB FEST”lər keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək “KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Sərgi-satış yarmarkaları həmçinin, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin və sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasına xidmət edir. Yarmarkalarda məhsul və xidmətlərini təqdim edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.

Yarmarkalarda mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar da təşkil olunacaq.

Qeyd edək ki, 5-7 iyul tarixində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacağı nəzərdə tutulur.

Bayram SALMANOV,

"Respublika".