Elektrik enerjisi üzrə 4 ayın göstəriciləri
İqtisadiyyat

Elektrik enerjisi üzrə 4 ayın göstəriciləri

2024-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, ötən 4 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 9 248,6 mln. kVt·st olub.

Energetika nazirliyinin mətbuat xidmətinin  məlumatına görə  bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 8 198,0 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 332,6 mln. kVt·st artımla 794,6 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,9 mln. kVt·st artımla 255,9 mln. kVt·st. təşkil edib. 4 ay ərzində külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 144,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Yanvar-aprel ayları üzrə elektrik enerjisinin idxalı 62,2 mln. kVt·st, ixracı isə 407,0 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 108,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 17,9 mln. kVt·st, ixracı isə 48,5 mln. kVt·st təşkil edib.

“Respublika “.