Azərbaycan və Özbəkistan arasında enerji sahəsində yeni anlaşma imzalanıb
Gündəm

Azərbaycan və Özbəkistan arasında enerji sahəsində yeni anlaşma imzalanıb

Özbəkistanla ölkəmiz arasında enerji sahəsində yeni "Yol Xəritəsi" imzalanıb.

"Respublika" xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov öz rəsmi sosial media hesabında paylaşıb. 

Nazir hər iki tərəfi təbrik edib: "Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə 2023-2025-ci illər üzrə enerji əməkdaşlığımızın inkişafının yeni "Yol Xəritəsi"ni imzaladıq. Perspektivdə çoxsaylı enerji layihələri var, enerji tərəfdaşlığımız münasibətlərimizi daha da möhkəmləndirəcək".

Töhfə SƏMƏDOVA,

"Respublika".