DİN: Vətəndaşlardan qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Gündəm

DİN: Vətəndaşlardan qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Noyabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomatı, 1 tapançanı, 13 qumbaranı, 7 qumbara alışdırıcısını, 17 patron darağını, 877 müxtəlif çaplı patronu, 10 müxtəlif markalı ov tüfəngini və 4 süngü-bıçağını vətəndaşlardan təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Respublika"-ya bildiriblər ki, keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi və 49 patron aşkarlanaraq götürülüb.