Azərbaycan neft məhsullarının ixracından qazancını 24 % artırıb
İqtisadiyyat

Azərbaycan neft məhsullarının ixracından qazancını 24 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 835 min 986,02 ton həcmində neft məhsulları ixrac edib.

"Respublika" Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 517 milyon 652,60 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi 2022-ci ilin 10 ayı ilə müqayisədə 33,97 %, dəyəri isə 24,03 % çoxdur.

Yanvar-oktyabr aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,76 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.