Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu
Elm və təhsil

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu

Elm və Təhsil Nazirliyinin təhsil xidmətləri portalı - portal.edu.az  üzərindən ali təhsil pilləsinin doktorantura səviyyəsinin fəlsəfə doktoru hazırlığı proqramı üzrə  sənəd qəbulu prosesi 16 may 2023-cü il tarixində başa çatmışdır. Müraciət edən namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərmişlər.

9 iyun TSİİ-dən bildirilir ki, cari ildə doktorantura təhsil səviyyəsi üzrə ümumilikdə  2446 müraciət daxil olmuşdur. Bu isə ötən ilin nəticələri ilə müqayisədə 30% daha çox müraciətin daxil olması deməkdir. 2321 müraciət fəlsəfə doktoru üzrə, 125 müraciət isə elmlər doktoru üzrə olmuşdur. Fəlsəfə doktoru üzrə müraciətçilərin 2207 nəfəri isə növbəti mərhələdə olan imtahana  buraxılış imkanı əldə etmişlər. Elmlər doktoru üzrə müraciətlər 31 avqust saat 18.00-a kimi açıq olacaqdır.

“Respublika”.