Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub
Elm və təhsil

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Ali Təhsil Komissiyasının sədri Muxtar Əhməd ilə görüşüb.

Səfirlikdən "Respublika"ya bildiriblər ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, tələbə mübadiləsinin artırılması və təhsil işçilərinin qarşılıqlı səfərlərinin intensivləşməsi qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına əsaslı təkan verəcək.