Ali məktəblərə qəbul imtahanının II mərhələsinin proqramları açıqlanıb
Elm və təhsil

Ali məktəblərə qəbul imtahanının II mərhələsinin proqramları açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramları (Azərbaycan və rus dillərində) təqdim edib.

DİM-dən “Respublika”ya bildirilib ki, cari tədris ilində təhsil alan 11-ci sinif şagirdlərinin aşağı siniflərdə keçdikləri müvafiq dərsliklərlə hazırda qüvvədə olan dərsliklərin müqayisəsi aparılıb və proqramlarda nəzərə alınıb.

Cari tədris ilində ölkənin ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla DİM-in

Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq ediləcək.

Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.

Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunması nəzərdə tutulur. Həmin əsərlərin müvafiq hissələri ilə keçiddən istifadə etməklə tanış olmaq olar.

Qəbul imtahanında ədəbiyyat fənnindən, həmçinin B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunması nəzərdə tutulur. Həmin əsərlərlə keçiddən istifadə etməklə tanış olmaq olar.

Həmçinin rus dilində linkə daxil olmaq lazımdır.

Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri, qiymətləndirmə meyarları dərc ediləcək.