XİN rəhbəri Ceyhun Bayramov Tbilisidə ulu öndərin abidəsini ziyarət edib
Siyasət

XİN rəhbəri Ceyhun Bayramov Tbilisidə ulu öndərin abidəsini ziyarət edib

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

”Respublika”  xəbər verir ki, nazir abidə önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini ehtiramla yad edib. Ceyhun Bayramov, həmçininTbilisidə yerləşən "Qəhrəmanlar meydanı" abidəsinə də baş çəkib.