Son bir həftə ərzində 48 terrorçu zərərsizləşdirilib
Türk dünyası

Son bir həftə ərzində 48 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində İraq və Suriyanın şimalı daxil olmaqla aparılan əməliyyatlar zamanı 48 terrorçunu zərərsizləşdirib.

“Respublika” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.  Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) son bir həftə ərzində, İraq və Suriyanın şimalı daxil olmaqla aparılan əməliyyatlar zamanı 48 terrorçunu, yanvarın 1-dən bu günə qədər isə 1048 terrorçunu zərərsizləşdirib.

Musa BAĞIRLI,

“Respublika”.