Türk dünyası

"Heydər Əliyev və müasir türk dünyası" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Ağsaqqallar Şurasının, Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev müasir türk dünyası" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Konfransın məqsədi müstəqil Azərbaycan dövlətçiliyinin memarı ümummilli lider Heydər Əliyevin türk dövlətlərinin iqtisadi siyasi əməkdaşlığının gücləndirilməsindəki, müasir Qərblə Şərqi birləşdirən qlobal nəqliyyat dəhlizlərinin formalaşmasındakı rolunun, eləcə elm təhsilin inkişafındakı irsinin öyrənilməsi geniş təbliğ edilməsidir.

"Fairmont Bakı" otelinin "Nizami Gəncəvi" zalında baş tutan konfransda Elm Təhsil Nazirliyinin əməkdaşları, türkdilli ölkələrin nümayəndələri, millət vəkilləri, Kooperasiya Universitetinin elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant magistrantlar iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, professor Eldar Quliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər, Türk dünyasının güclənməsində önəmli rolu haqqında danışıb.

Plenar iclaslarda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Erjan Mukaş, Milli Məclisin üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə başqa natiqlər bildiriblər ki, Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır.

Özünün hərbi-siyasi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün bütün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində yaddaşında əbədi yer tutur.

Mustafa KAMAL,

"Respublika".