Dövlət qulluğu təkmilləşdirilir
Region

Dövlət qulluğu təkmilləşdirilir

23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Qobustan

23 iyun “Dövlət Qulluqçuları” peşə bayramı günü münasibətilə rayonda Ulu Öndərin abidəsi önünə gülqoyma mərasimi keçirildi. Rayonda çalışan dövlət qulluqçuları Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə güllər düzdülər.

Qobustan Rayon icra Hakimiyyətinin başçısı Adil Məmmədov dövlət qulluqçulara çətin və şərəfli işlərində uğurlar arzuladı.

Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Ağsu

Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.

Tədbirdə çıxış edənlər bildiriblər ki, dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsi ölkəmizdə dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir.

M.QULUYEV,

“Respublika”.