Şuşa Bəyannaməsi yeni mərhələnin əsasını qoydu
Türk dünyası

Şuşa Bəyannaməsi yeni mərhələnin əsasını qoydu

Şuşa Bəyannaməsinin imzalanmasından iki il keçir. Bu sənədin tarixi əhəmiyyətindən danışarkən, ilk növbədə Şuşa Bəyannaməsinin Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj olduğunu qeyd etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15- Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmişdir. O cümlədən ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu digər strateji sahələri əhatə edir. Xüsusi olaraq bu məqamı da qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" bu il 100 illik yubileyini böyük qələbələrlə qeyd etdiyimiz dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir" ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Qədim Azərbaycan şəhəri olan Şuşada yanaşı dalğalanan Azərbaycan Türkiyə bayraqları ölkələrimizin, xalqlarımızn birliyinin ən bariz nümayişidir.

Bəyannamədə Azərbaycan Türkiyənin siyasi, hərbi təhlükəsizlik sahələrində əlaqələndirilmiş birgə fəaliyyətlərinin təşviq edilməsi hər iki ölkənin istənilən xarici aqressiya cəhdlərinə qarşı müdafiə imkanlarını daha da artırır. Şuşa Bəyannaməsində xüsusilə diqqətçəkən məqamlardan biri milli mənafelər baxımından siyasi, hərbi təhlükəsizlik sahələrində əlaqələndirilmiş birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ya təhlükəsizliyinə qarşı üçüncü dövlət ya dövlətlər tərəfindən təhdid ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Təbii ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regionunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Təbii ki, bu yanaşma Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da cəmiyyətə inteqrasiyası üçün əlavə imkanlar yaradır. Sadəcə, həmin vətəndaşların dövlətimiz tərəfindən yaradılmış bu imkanlardan maksimum yararlana bilmələri üçün onların davamlı olaraq erməni şovinizminin faşizminin təmsilçiləri tərəfindən aparılan təbliğatın təsiri altına düşməmələri lazımdır. İlk növbədə, həmin insanlar Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkənin qanunlarına tabe olmalı, loyallıq nümayiş etdirməlidirlər. Məhz bu halda Qarabağda yaşayan ermənilər ölkəmizin bütün digər vətəndaşları kimi, eyni hüquq imtiyazlardan yararlana biləcəklər onların təhlükəsizliyi dövlətimiz tərəfindən təmin olunacaq.

Şuşa Bəyannaməsinin imzalandığı gündən keçən müddət ərzində bölgəyə investorların marağı xeyli artıb. Bunu şərtləndirən əsas amillərdən biri məhz iki il bundan öncə imzalanmış Bəyannamənin həm regional təhlükəsizliyin qarantı kimi çıxış etməsidir. Bu amil sərmayə qoyuluşu prosesinə əlavə stimul verir. İkinci bir tərəfdən Azərbaycan Türkiyə arasında yeni əməkdaşlıq formatı həm yeni iqtisadi perspektivlər ortaya çıxarır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. İqtisadi əməkdaşlıq sahəsində perspektivləri genişləndirən amillərdən biri Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, adamlarının Azərbaycanda, xüsusən Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir ən əsası Qarabağda Türkiyənin varlığı deməkdir. Bəyannamədə öz əksini tapmış daha bir önəmli məqam Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapmasıdır. Bu gün Türkiyə ilə Azərbaycanı dəmiryolu avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə, eləcə Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu nəqliyyat dəhlizinin açılması həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə bu əsasla da bölgənin ümumi iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Zəngəzur nəqliyyat dəhlizi beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olmaqla bütün Cənubi Qafqaz regionunun sürətli inkişafına səbəb olacaq.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.