Bəhruz Nəbiyev: “Çövkən idman növü bir çox məqamlara görə mühüm əhəmiyyət kəsb edir“
İdman

Bəhruz Nəbiyev: “Çövkən idman növü bir çox məqamlara görə mühüm əhəmiyyət kəsb edir“

“10 komandanın iştirakı ilə Peşəkar Çövkən Liqasına start verdik”.

"Respublika" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib. 

O bildirib ki, bu idman növü bir çox məqamlara görə mühüm əhəmiyyət kəsb edir: “Milli cinsin inkişafı, eyni zamanda qədim atüstü oyunlarımızın inkişafı naminə görülən addımlardır. “Prezident kuboku” yarışlarımız il ərzində keçirildi. İndi isə məqsədimiz il ərzində mütəmadi çempionatın təşkili idi ki, bu da Peşəkar Çövkən Liqası sayəsində baş tutacaq. Bu liqa növbəti illərdə 10 deyil, daha çox komanda ilə davam edəcək”. 

Onun sözlərinə görə, oyunlara giriş pulsuz olacaq: “Azarkeşlər sərbəst şəkildə gəlib yarışa baxa bilərlər. Bunun üçün bir çox şərait yaradılacaq”. 

Qeyd edək ki, Peşəkar Çövkən Liqası dekabrın 3-4-də başa çatacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".