Azərbaycan məktəblilərinin uğurlu çıxışı
İdman

Azərbaycan məktəblilərinin uğurlu çıxışı

Serbiyanın paytaxtı Belqradda məktəblilər arasında Avropa Döyüş Oyunlarında karate, cüdo taekvondo üzrə yarışlarda idmançılarımız yüksək nəticələr əldə ediblər. 5000-ə yaxın idmançı 3 idman növü üzrə yarışlarda iştirak edərək 29 medal qazanıblarTəmsilçilərimiz 6 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 10 medala sahib olublar. Karate üzrə şəxsi-kumite yarışında məktəblilərimiz 6 qızıl, 2 gümüş, 2 bürünc, 2004-2007-ci il təvəllüdlülər arasında komanda-kumite üzrə 1 qızıl olmaqla, 11 medala yiyələniblər. Taekvondo üzrə turnirdə isə idmançılarımız yarışı 5 qızıl, 3 bürünc medalla başa vurublar.

 

Boksçularımız Macarıstanda 10 medal qazanıb

Macarıstanın Eqer şəhərində gənc yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışı 4 qızıl, 3 gümüş 3 bürünc medalla başa vurub. Gənc boksçularımızdan Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Fərhad Şeydayev (75 kq) turniri qalib kimi başa vurublar. Tağı Nəsibov (54 kq) Məhəmmədəli Qasımzadə (60 kq) finalda məğlub olaraq, gümüş medala sahib olublar. Daha əvvəl isə Ömər Aslanlı (54 kq) bürünc medalla kifayətlənibYeniyetmə boksçularımızdan Banuçiçək Nəsirli (46 kq) yarışda qızıl medal qazanıb. Yalnız finalda uduzan Özləm Həsənova (63 kq) yarışı ikinci pillədə başa vurub. Daha öncə isə İnci Məcidli (50 kq) Abbasqulu Şadlinski (63 kq) üçüncü yeri tutublar.

 

Atletika üzrə memorialın ilk qalibləri

Bakıda Dünya Atletikası Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər İdman Nazirliyinin dəstəyi ilə Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 26- beynəlxalq memorial keçirilir. Memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan Omandan ümumilikdə 120 idmançı yarışır. Yarışın ilk günündə Mindia Endeladze (Gürcüstan), İlahə Quliyeva (hər ikisi 100 metr məsafəyə qaçış), Oğuz Akgül (Türkiyə), Lamiyə Vəliyeva (hər ikisi 400 metr məsafəyə qaçış), Əmrah Nağıyev (1500 metr məsafəyə qaçış), Mesut Bülbül, Kizem Akgöz (hər ikisi üç təkanla tullanma, Türkiyə), Nuh Polat (nüvə itələmə, Türkiyə) qızıl medala sahib olublar. Dünya Atletikasının qlobal təqviminə daxil edilən yarış idmançılara dünya reytinq cədvəlində xal qazanmaq qlobal miqyaslı tədbirlərə lisenziya əldə etmək imkanı verəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".