Belarusda keçirilən II MDB Oyunlarında idmançılarımız 1 gümüş, 2 bürünc medal qazanıb.
"Respublika" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, karate (kumite) üzrə yarışlarda idmançılarımızdan Murad Hacızadə gümüş, Osman Osmanlı (hər ikisi +84 kq) və Hüseyn Hüseynzadə (84 kq) bürünc medal qazanıblar.
Töhfə SƏMƏDOVA,
"Respublika".