İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən
Məktublar

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından Sizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Hörmətlə,

II Abdullah ibn Al Hüseyn

İordaniyanın Kralı