Yeni və mühüm dönəmin başlanğıcı
Türk dünyası

Yeni və mühüm dönəmin başlanğıcı

Türkiyə ilə Azərbaycan arasında bir ənənə var. Seçkilərdən sonra prezidentlər nazirlər ilk səfərlərini məhz qarşılıqlı olaraq Azərbaycan Türkiyəyə edirlər. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə üçün ayrı bir formatdadır. Ona görə ilk xarici səfər hər zaman Azərbaycana olur. Eynilə Azərbaycanda da seçkilərdən sonra Prezident ilk səfərini Türkiyəyə edir. Bu, həm regionda, həm dünyada dostluq qardaşlığın nümayiş etdirilməsi baxımından çox mühümdür.

Bəli, Rəcəb Tayyib Ərdoğan Azərbaycana çox səfər edib. Hər səfər doğrudan da tarixi səfərdir. Onun Türkiyənin, Azərbaycanın, dünyanın tarixində taleyində danılmaz rolu yeri var. Azərbaycanın 32 ilə yaxın müstəqillik dövründə Azərbaycanla Türkiyənin bu qədər doğmalaşdığı, bir-birinə sıx bağlı olduğu görünməmişdi.

Növbəti dəfə prezident seçildikdən sonra Rəcəb Tayyib Ərdoğan əvvəlkindən güclü iddialı bir hökumət kabineti qurdu. Xüsusilə Hakan Fidanın xarici işlər naziri postuna gətirilməsi Türkiyə-Azərbaycan əlaqələrinin yaxın orta perspektivlərinə işıq salır.

''Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri yeni mühüm dönəmin başlanğıcıdır. bu, sadəcə, tarix deyil daha çox hər iki ölkənin gələcəyidir. Prezident Ərdoğanın Azərbaycana səfərinə məhz belə yöndən baxmaq lazımdır''. Bu fikirləri açıqlamasında politoloq Volkan Aydemir deyib: O bildirib ki, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi Türkiyə-Azərbaycan münasibətlərinin növbəti beş il ərzində daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir: "Həmçinin Türk Dövlətləri Təşkilatındakı fəaliyyətlər, qlobal miqyasda baş verə biləcək hadisələrə ortaq münasibət, strategiya müəyyənləşdirilməsi, Şuşa Bəyannaməsində əks olunan məsələlərin yenidən nəzərdən keçirilməsi prosesi daha da irəli aparmaq üçün nələrin edilə biləcəyini müəyyən etmək baxımından da vacibdir. Eyni zamanda seçkilərdən sonra Türkiyədə bütün nazirlər dəyişdi. Bu baxımdan Ərdoğanın səfəri yeni nazirlərə istiqamət göstərmək, onlara hansı perspektivlə işləməli olduqlarını nümayiş etdirmək baxımından tarixi səfərdir".

V.Aydemir qeyd edib ki, daha bir əhəmiyyətli məqam ölkə rəhbərlərinin Azərbaycan ilə Ermənistanın dialoq prosesində əldə etdiyi irəliləyişləri müzakirə etməsidir: "Əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında vəziyyətin sülh yolu ilə həllinə dair danışıqlardır. Çünki hazırda sülh sazişinin tezliklə imzalanması məsələsi gündəmdədir. Ankara Bakının tutacağı yol istiqamət yenidən qiymətləndirilərək həm Türkiyə Azərbaycan, həm Rusiya, eyni zamanda digər region ölkələri, bu məsələdə iştirak edən dövlətlər ya beynəlxalq təşkilatlar baxımından fəaliyyət kursuna yenidən baxılacaq. Ona görə Ərdoğanın Azərbaycana bu səfəri dostluğu, qardaşlığı gələcək nəsillərə daha möhkəm, sarsılmaz şəkildə çatdırmaq baxımından çox mühümdür".

''44 günlük Qarabağ müharibəsində Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında durduğunu bəyan etdi. Bunun Azərbaycan Türkiyə üçün demək olduğunu dərindən anlamaqdan ötrü təkcə Şuşa Bəyannaməsini oxumaq yetərlidir. Ancaq birlikdə görüləcək çox işlər var; Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Zəngəzur dəhlizi açılmalıdır, inanıram ki tezliklə açılacaq. Üçüncü ölkələrin qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır ki, çıxarılacaq - bunun başqa bir yolu yoxdur'', - deyə politoloq vurğulayıb.

Tək millətə xidmət edən iki hökumətin gündəliyi hər zaman çox zəngin olur deyib Volkan Aydemir. Odur ki, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan birlikdə çıxdıqları yolun "Yol xəritəsi"nin üzərindən bir daha dünyaya yeni mesajlar verəcəklər.

Bu gün əminliklə söyləmək olar ki, Türkiyə Azərbaycanın qardaşlıq münasibətləri dünya ölkələri üçün nümunədir xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bundan sonra da Türkiyə Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz birlikdə uğurlu əməkdaşlıq edərək bütün dünyaya əsl qardaşlıq nümunəsi göstərəcəklər.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.