Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edib
Gündəm

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edib

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə qardaş Türkiyəyə səfər edib.

YAP nümayəndə heyəti oktyabrın 7-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə AK Partinin "Türkiyə yüz ili üçün hər zaman yeni, hər zaman irəli" şüarı ilə Ankarada keçiriləcək IV Fövqəladə Böyük Qurultayında iştirak edəcək.

YAP Mərkəzi Aparatından verilən məlumatda səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulduğu qeyd olunub.

Nümayəndə heyətinin tərkibinə millət vəkilləri - YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

Xaqani KOSAYEV,

“Respublika”.