Vətənin gələcəyinə səs veririk
Gündəm

Vətənin gələcəyinə səs veririk

Oftalmoloq Paşa Qəlbinur da Səbail rayonu 6 saylı seçki məntəqəsinin seçiciləri arasında idi. O dedi: “Öncəki seçkilərdən fərqli olaraq bu seçki Azərbaycanın tarixində olan ən uğurlu zaman kəsiyində keçirilir. Bu gün burada səs verən hər kəs vətəninin gələcəyinə inanır. Bu tarixi günün bir parçası olmaqdan qürur duyur".

Seçici 1939-cu il təvvəllüdlü Alya Abdullayeva da ürək sözlərini belə ifadə etdi: “Bu seçki bizim Zəfər seçkimizdir. Səhətimdəki problemə baxmayaraq, məntəqədə səs vermək üçün buradayam. Bu tarixi günə mən də şahid olmaq istədim".

Aiza ŞABANOVA,

"Respublika".