Avro-2024 Xəbərlər
İdman

Avro-2024 Xəbərlər

Türkiyə Prezidenti millinin oyununu canlı izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandaya dəstək olmaq və iyulun 6-da Türkiyə-Niderland oyununu canlı izləmək üçün Almaniyaya səfər edəcək.

Qeyd edək ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə milli komandası Berlində Niderland yığması qarşılaşacaq.

Rumıniya yığmasından nümunəvi addım

Avro-2024-ün 1/8 finalında Niderlanda məğlubiyyətdən (0:3) sonra çempionatı tərk edən Rumıniya millisinin soyunub-geyinmə otağından çəkilən fotolar böyük rezonans doğurub. Belə ki, Rumıniya millisinin təmsilçiləri turniri tərk etdikdən sonra paltardəyişmə otağını təmizlədikdən sonra ora ingilis və rumın dillərində təşəkkür məktubu qoyublar.

İki oyunun hakimləri açıqlanıb

Avro-2024-ün 1/4 final mərhələsinin ilk iki oyununun hakimləri müəyyənləşib. İspaniya və Almaniya arasında keçiriləcək oyunu ingiltərəli referi Entoni Teylor idarə edəcək. Portuqaliya - Fransa matçının da baş hakimi ingilis Maykl Oliver olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma iyulun 5-də keçiriləcək.

Futbolçu Merih Demirala görə

Türkiyə səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

Türkiyə səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici KİV-lərin verdiyi məlumata görə, bu barədə nazirlik rəsmi məlumat yayıb. Səfirə Türkiyə yığmasının futbolçusu Merih Demiralın Avstriya ilə matç zamanı bozqurd işarəsi göstərdiyinə dair irad bildirilib.

Qeyd edək ki, insident iyulun 2-də Futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsində yaşanıb.

Məlumatda qeyd olunur ki, hazırda Almaniyada fəaliyyət göstərən "Bozqurd" təşkilatının 18 500 nəfərədək üzvü var. Onun fəaliyyəti qadağan edilməsə də, müvafiq qurumların mütəmadi nəzarəti altındadır.

Bellingem ədəbsiz jestə görə cəzalandırılacaq

Çempionatın 1/8 finalında Slovakiya yığmasına qarşı keçirdikləri oyunda (2:1) vurduğu qoldan sonra İngiltərə millisinin ulduz futbolçusu Cud Bellingem ədəbsiz jest göstərib. Qarşılaşmanın 90+5-ci dəqiqəsində qolu qeyri-etik şəkildə bayram edən gənc yarımmüdafiəçi müəyyən məbləğdə cərimə olunsa da, diskvalifikasiya olunmadığından 1/4 finalda oynayacaq. İngiltərə millisi 1/4 finalda İsveçrə ilə iyulun 6-da Düsseldorfdakı "Merkur Şpil Arena"da Bakı vaxtı ilə 20:00-da qarşılaşacaq.

M.NƏRİMANOĞLU,

"Respublika".