Türkiyə Xarici İşlər Nazirliyindən Ermənistana çağrı
Gündəm

Türkiyə Xarici İşlər Nazirliyindən Ermənistana çağrı

Türkiyə Xarici İşlər Nazirliyi iyulun 11-də Azərbaycanın Ermənistanı Qarabağa birləşdirən Laçın dəhlizini müvəqqəti olaraq bağladıqdan sonra qaçaqmalların Qırmızı Xaç Cəmiyyətinə məxsus nəqliyyat vasitələri ilə daşındığını əsas gətirərək bölgədə gərginliyin artması ilə bağlı açıqlama verib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, beynəlxalq ictimai rəydə Ermənistanın başlatdığı “təcrid” təbliğatının davam etdiyi bir vaxtda verilən bəyanatda hadisələrin rəsmi Bakının səsləndirdiyi haqlı narahatlıqların nəzərə alınmamasının nəticəsi olduğu vurğulanıb. 

Nazirlik Laçınla bağlı Bakının ünvanına səslənən tənqidlərin heç bir əsası olmadığını vurğulayıb: “Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri görüb”. 

Töhfə SƏMƏDOVA,

"Respublika".