Daha bir şəhid atasının müraciəti qısa zamanda həllini tapdı
Sosial həyat

Daha bir şəhid atasının müraciəti qısa zamanda həllini tapdı

44 günlük Vətən müharibəsi 17 yaşınadək rəssam-dizayner olmaq arzusu ilə yaşayan Mirmusa Hüseynzadədə hərb peşəsinə maraq oyadaraq hərbçi olmaq istəyini ön plana çıxarır.

"Respublika" xəbər verir ki, 3 ildən sonra arzusunu reallaşdıran Mirmusa elə ön cəbhədə, 2023-cü ilin  sentyabrında 23 saatlıq antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb.

Bugün şəhid və qazi ailələrinə göstərilən  dövlət dəstəyinin davamı kimi SOCAR-ın “Azəriqaz” İB Mirmusa Hüseynzadənin atasının müraciətinin qısa zamanda həllinə nail olub. Vüqar Hüseynovun müraciəti əsasında Lənkəran rayonu, Girdəni kəndində şəhid ailəsinə məxsus həyətyanı torpaq sahəsinin önündən keçən qaz xəttinin yeri dəyişdirilərək qapı keçidi quraşdırılıb.