Deputat: İnanıram ki, keçmiş məhkumlar cəmiyyətin layiqli üzvü olacaqlar
Sosial həyat

Deputat: İnanıram ki, keçmiş məhkumlar cəmiyyətin layiqli üzvü olacaqlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası həyata keçirilir.

Bununla bağlı, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov öz fikirlərini bölüşüb.

Millət vəkili cənab Prezidentin humanist addımından faydalananları təbrik edib: "Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq Prezident İlham Əliyev humanist addımlar atır. Azərbaycan dövləti vətəndaşını daim ön planda tutur. Arzu edirəm ki, əfv edilən şəxslər bundan sonra daha səmərəli ömür sürsünlər".

Nurlan ABDALOV,

"Respublika".