Təmsilçimiz Rusiyada keçirilən beynəlxalq yarışda yüksək nəticələr əldə edib
Gündəm

Təmsilçimiz Rusiyada keçirilən beynəlxalq yarışda yüksək nəticələr əldə edib

Rusiyanın paytaxtı Moskva şəhərinin “Maksima Stables” atçılıq mərkəzində keçirilən dressaj növü üzrə beynəlxalq “Qələbə Kubokunun Finalı” yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə edib.

"Respublika" xəbər verir ki, 4 gün davam edən yarışlarda 3 atla iştirak edən həmyerlimiz cavan atlar (5 – 7 yaş) arasında keçirilən turda 4 qızıl medal qazanıb, “Intermediate 1 Freestyle” proqramında isə 5-ci yerə layiq görülüb.

Müxtəlif bölgələrdən ən güclü atların iştirakı ilə keçirilən yarışlarda hava şəraitinin qismən soyuq, temperaturun aşağı olmasına baxmayaraq tribunalar dolu olub.